SON DƏQİQƏ

Özünü və qonşusunu bıçaqladı

Tarix:

20-03-2022, 00:11

/ 2 668 dəfə oxundu.
Özünü və qonşusunu bıçaqladı

Göyçay rayonunda bıçaqlanma hadisəsi olub, xəsarət alanlar var.

GunAz.az-ın məlumatına görə, hadisə bu axşam saat 22:00 radələrində rayonun Bığır kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Namətov İlkin Vidadi oğlu qonşusu 1979-cu il təvəllüdlü Qasımov Eyvaz Böyükağa oğlunun evinə qonaq gedib. Spirtli içki qəbul edən qonşular arasında şəxsi münasibətlər zəminində dava baş verib. İlkin Namətov üzərində gəzdirdiyi bıçaqla ev sahibi Eyvaz Qasımova, ardınca isə özünə xəsarət yetirib.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsinin tərəfindən araşdırma aparılır./apa

скачать dle 12.1

Şərhlər