SON DƏQİQƏ
» » Ermənistanda İspaniya vətəndaşı ilə sakinlər arasında dava olub, ölən və yaralılar var

Ermənistanda İspaniya vətəndaşı ilə sakinlər arasında dava olub, ölən və yaralılar var

Tarix:

13-08-2021, 08:39

/ 2 822 dəfə oxundu.
Ermənistanda İspaniya vətəndaşı ilə sakinlər arasında dava olub, ölən və yaralılar var

Ermənistanın Armavir Rayon Məhkəməsi ölkənin İstintaq Komitəsinin İspaniya vətəndaşı Arman M. barəsində həbs qəti imkan tədbiri ilə bağlı vəsatətini təmin edib.

Bu barədə "Report"  " Shamshyan.com"a istinadən xəbər verir.

Qeyd edilir ki, 35 yaşlı kişi məhkəmənin qərarı ilə 2 ay müddətinə azadlıqdan məhrum olunub. İspaniya vətəndaşının həbsi avqustun 8-də baş vermiş qanlı hadisə ilə bağlıdır. Qeyd edilir ki, o, həmin gün baş verən qarşıdurma zamanı qoca kişini qətlə yetirib, habelə daha 2 nəfərə bıçaqla xəsarətlər yetirib. Yaralılar "Vaqarşapat” tibb mərkəzinə çatdırılıblar. Polis həmin şəxslərin 72 yaşlı Şoxakat Qriqoryan və 64 yaşlı Sarkis Minasyan olduğunu müəyyənləşdirib. Hadisəni törətməkdə şübhəli bilinən Arman M. saxlanılıb.

Məlumata görə o, İspaniya vətəndaşıdır və bu yaxınlarda Ermənistana qayıdıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ