SON DƏQİQƏ

İrəvanda ATIŞMA: Deputatın qardaşı iki nəfəri güllələdi

Tarix:20-07-2021, 08:26 Oxunub:2 979

Ermənistanın paytaxtı İrəıvan şəhərində "münasibətlərin ayırd edilməsi" çox zaman silahlı qarşıdurmalarla müşayiət olunur.

Publika. az "Shamshyan"na istinadla xəbər verir ki, belə insidentlərdən biri Ermənistanın məşhur iş adamı, ölkənin Hakim partiyasından deputatlığa namizəd Xaçatur Sukiasyanın qardaşı Robert Sukiasyanın iştirakı ilə baş verib.

Sayt bildirir ki, hadisəyə 51 yaşlı Robert Sukiasyanla 47 yaşlı Arman Apiyan arasında mübahisə səbəb olub. Nəticədə yanındakı silahı işə salan Sukiasyan A.Apiyanı və onun tərəfində olan 42 yaşlı ABŞ vətəndaşı Arut Abqaryanı güllələyib.

Hadisə ilə bağlı cinayət işi açılsa da, nəşrdə qaldırılan işlə bağlı hər hansı perspektiv görünmədiyini bildirilib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<