SON DƏQİQƏ

Ermənistanda “oğru”nun məzarında ATIŞMA

Tarix:

14-06-2021, 08:31

/ 2 625 dəfə oxundu.
Ermənistanda “oğru”nun məzarında ATIŞMA

Ermənistanın Ararat şəhərində qətl hadisəsi baş verib.

GunAz.az xəbər verir ki, dünən axşam saatlarında şəhər qəbiristanlığında, qanuni oğru "Marso” ləqəbli Marzpetuni Petrosyanın qəbrinin üstə 34 yaşlı Armen Ovannisyan güllələnib. Xəstəxanaya çatdırılan Ovannisyan orada keçinib.

Ölən şəxsin də kriminal aləmə yaxın olduğu bildirilir.

Qeyd edək ki, Vətən müharibəsindən sonra Ermənistanda kriminal hesablaşmaların sayı artıb. Vaxtaşırı olaraq silahlı insidentlər baş verir. İrəvanın mərkəzi küçələrində belə halların yaşanması adi hal alıb.

скачать dle 12.1

Şərhlər