SON DƏQİQƏ
» » Beyləqanda silahlı insident oldu - 2 nəfər xəsarət aldı

Beyləqanda silahlı insident oldu - 2 nəfər xəsarət aldı

Tarix:

6-09-2025, 14:50

/ 3 341 dəfə oxundu.
Beyləqanda silahlı insident oldu - 2 nəfər xəsarət aldı

Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, odlu silahla iki nəfər kənd sakini xasarət alıb. Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.
скачать dle 12.1

Şərhlər