SON DƏQİQƏ
» » Narinin qardaşı ilə bağlı yeni iddialar - Ekspertizanın rəyi yanlışdır?

Narinin qardaşı ilə bağlı yeni iddialar - Ekspertizanın rəyi yanlışdır?

Tarix:

30-08-2024, 07:56

/ 4 563 dəfə oxundu.
Narinin qardaşı ilə bağlı yeni iddialar - Ekspertizanın rəyi yanlışdır?

Türkiyənin Diyarbəkir şəhərində itkin düşən Narinin qardaşının qolundakı izlərlə bağlı məhkəmə tibbi ekspertizasının rəyini daha öncə açıqlamışdıq.
GunAz.az “Haber Türk”ə istinadən xəbər verir ki, ekspertizanın nəticələri ilə bağlı cəmiyyət arasında müxtəlif yeni iddialar səsləndirilib.
Onlardan biri də azyaşlının qardaşının su ilə təmasda olduğu üçün DNA nəticələrinin aşkarlana bilməməsi idi.
Lakin İstanbul Məhkəmə Tibbi Eskpertizasından bildirilib ki, su və sabunla təmasda olduğu halda ağız suyu silinə bilər. Amma şübhəlinin qolundakı izlərlə Narinin diş-çənə quruluşu üst-üstə düşməyib. Bu izlər onun özünə məxsus olub.
Eyni zamanda Narinin qardaşının əsəbiləşərək öz-özünü dişlədiyi təsdiqini tapıb.
Qeyd edək ki, Narinin anası və əmisi də öncədən gəncin əsəbiləşəndə özünü dişlədiyini bildirib.
скачать dle 12.1

Şərhlər