SON DƏQİQƏ

Xəzərdən 2 nəfərin meyiti çıxarıldı

Tarix:

12-08-2024, 16:56

/ 4 077 dəfə oxundu.
Xəzərdən 2 nəfərin meyiti çıxarıldı

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında 2 nəfər Xəzərdə batıb.
GunAz.az xəbər verir bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 m aralı, nəzarətsiz ərazidə batan şəxslərlə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
скачать dle 12.1

Şərhlər