SON DƏQİQƏ
» » Arvadını öldürdü, meyiti zibil qutusuna atıb işə getdi

Arvadını öldürdü, meyiti zibil qutusuna atıb işə getdi

Tarix:

5-06-2024, 21:58

/ 4 708 dəfə oxundu.
Arvadını öldürdü, meyiti zibil qutusuna atıb işə getdi

Türkiyədə kişi arvadını öldürərək meyitini zibil qutusuna atıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Qaziantep şəhərinin Şəhidkamil qəsəbəsində baş verib. Burada zibil qutusunda qanlı kisə görənlər polisə xəbər veriblər. Hadisə yerinə gələn polislər kisənin içərisində qadın meyiti tapıblar. Onun 2 uşaq anası 30 yaşlı Dibe Cevada aid olması məlum olub.
Qadının saxlanılan əri 35 yaşlı Abdo Muhammed bildirib ki, arvadını öldürdükdən sonra 30 metr qabaqdakı meyiti zibil qutusuna atıb. Daha sonra işə gedib.
Məlum olub ki, mərhum qadın ərindən şiddət gördüyü üçün bir müddət əvvəl evi tərk edərək qohumlarına sığınıb. Lakin qohumları araya girərək onları barışdırıb və qadın yenidən evə qayıdıb.
Araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ