SON DƏQİQƏ

DƏHŞƏTLİ HADİSƏ- Zabitimiz qətlə yetirildi

Tarix:

27-01-2024, 15:49

/ 3 724 dəfə oxundu.
DƏHŞƏTLİ HADİSƏ- Zabitimiz qətlə yetirildi

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevin ölüm faktı barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Hərbi Prokurorluq məlumat yayıb.
Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb, Füzuli hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib,  iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
İlkin istintaqla, ordumuzun zabiti A.H.Abdullayevin digər zabit Nizami Eynulla oğlu Abdullayev tərəfindən aralarında yaranmış mübahisə zəminində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan, o, şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq
скачать dle 12.1

Şərhlər