SON DƏQİQƏ

64 yaşlı redaktor həbs edildi

Tarix:

3-04-2023, 17:40

/ 1 978 dəfə oxundu.
64 yaşlı redaktor həbs edildi

Belarusda dövləti gözdən salan qəzet redaktoru həbs edilib.

Belarusda regional qəzetin redaktoru dövlət və hökumət qurumlarını gözdən salan məlumat yaymaqda ittiham olunaraq həbs edilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

"Molodeçno rayon prokuroru qəzetin regional redaksiyasının 64 yaşlı rəhbərinə qarşı həbs-qətimkan tədbirinin tətbiqinə icazə verib. Cinayət işinin materiallarına əsasən, o, qəzetin redaksiyasının direktoru vəzifəsində çalışarkən digər şəxslərlə birlikdə 2020-ci il yanvarın 1-dən 2023-cü il martın 15-dək olan müddətdə çap mətbuatında və internet saytında bilərəkdən Belarusu və onun hökümətini nüfuzdan salan yalan informasiyalar yayıb”, - məlumatda deyilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ