SON DƏQİQƏ
» » Sevişdi, qısqandı, parçaladı - DƏHŞƏTLİ QƏTL

Sevişdi, qısqandı, parçaladı - DƏHŞƏTLİ QƏTL

Tarix:

1-03-2023, 21:39

/ 3 506 dəfə oxundu.
Sevişdi, qısqandı, parçaladı - DƏHŞƏTLİ QƏTL

Yaponiyada polis Numazu şəhərindən olan evli kişini həbs edib. Səbəb onun öz məşuqəsini öldürməsi və onun parçalanmış cəsədini evində gizlətməsi olub.
Bu barədə "The Straits Times" məlumat yayıb.
33 yaşlı qadın İto Ayumi 2022-ci ildə 31 yaşlı Yuki Tsuçiya ilə tədbirdə iştirak edən zaman tanış olub. Kişinin evli olmasına baxmayaraq, aralarında romantik münasibət başlayıb.
Az keçməyib ki, bu romantika qısqanclıq da yaradıb. Cütlüyün arasında başlayan münaqişə, sonda qətllə nəticələnib.
Polis Tsuçiyi fevralın 23-də həbs edib. Həmin şəxs dərhal müstəntiqlərə bildirib ki, iki gün əvvəl onlar Ayuminin avtomobilində olarkən onun başına küt alətlə zərbələr endirib, sonra isə onu iplə boğub.
O, qətlə yetirilən qadının meyitini öz evində parçaladığını da etiraf edib. Qadının qalıqları Tsuçiyanın evinin eyvanında və avtomobilində tapılıb.
Qonşular qətldən sonra kişinin evindən şübhəli səslər eşitdiklərini bildiriblər. Onun həyat yoldaşı, iki azyaşlı uşağı və yaşlı atası ilə yaşadığı məlum olub. (publika)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ