SON DƏQİQƏ
» » Azərbaycanda havaya atəş açan iş adamı axtarılır- Rəsmi

Azərbaycanda havaya atəş açan iş adamı axtarılır- Rəsmi

Tarix:

17-10-2022, 15:03

/ 3 280 dəfə oxundu.
Azərbaycanda havaya atəş açan iş adamı axtarılır- Rəsmi

Sosial şəbəkədə Gədəbəy rayonunda iş adamının havaya atəş açması ilə bağlı yayılan görüntülər dərhal araşdırmaya verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, videogörüntülər paylaşıldıqdan sonra dərhal Gədəbəy Rayon Polis Şöbəsində müvafiq araşdırmalar həyata keçirilib:

 

"Araşdırmalar nəticəsində hadisənin bir müddət əvvəl verdiyi ehtimal edilib və havaya atəş açan şəxsin Gədəbəy rayon Arıxdam kənd sakini Tural Məmmədov olması müəyyən olunub. Müəyyən edilib ki, həmin şəxs hazırda xarici ölkədə bizneslə məşğuldur. T. Məmmədov barəsində axtarış elan edilib və onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində işlər davam etdirilir".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ