2022-ci il iyunun 1-nə olan vəziyyətə görə Azərbaycanda pul bazası 14,883 milyard manat təşkil edib.
GunAz.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında bildirilib.
Qeyd olunub ki, ötən ayla müqayisədə pul bazası 2,19 faiz və ya 319 milyon manat artıb.
Eyni zamanda, ötən ilin eyni dövrü ilə müqayisədə pul bazası 7,41 faiz və ya 1,026 milyard manat artıb.