SON DƏQİQƏ

Bakıda ticarət dövriyyəsinin həcmi açıqlandı

Tarix:

11-05-2022, 22:49

/ 1 316 dəfə oxundu.
Bakıda ticarət dövriyyəsinin həcmi açıqlandı

2022-ci ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,8 faiz artaraq 6 milyard 301,0 milyon manat olub.

GunAz.az xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,0 faiz artaraq 3 milyard 636,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,1 faiz azalaraq 2 milyard 664,4 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,7 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ