SON DƏQİQƏ
» » Azərbaycan Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır

Azərbaycan Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır

Tarix:

12-03-2022, 22:45

/ 1 657 dəfə oxundu.
Azərbaycan Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır

Azərbaycan 2022-ci ildə Avropaya qaz ixracını 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır.

GunAz.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda energetika naziri Pərviz Şahbazov deyib.

 

"Trans-Adriatik Boru Kəməri istismara veriləndən indiyədək Avropaya 9,7 milyard kubmetr qaz ixrac edilib. Bu il Türkiyəyə qaz ixracımızın həcmi 8,2 milyard kubmetrə, Avropaya isə artırılaraq 9,1 mlrd. kubmetrə çatacaq”,- deyə Pərviz Şahbazov bildirib.

Nazir vurğulayıb ki, ölkənin qaz ehtiyatları, mövcud infrastruktur və müxtəlif ölkələrin Azərbaycan qazına marağı Trans-Adriatik Boru Kəmərinin tərkib hissəsi olan Cənub Qaz Dəhlizinin genişləndirilməsini aktuallaşdırır.


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər