SON DƏQİQƏ

Qazın qiyməti yenidən bahalaşdı

Tarix:

4-02-2022, 08:12

/ 1 586 dəfə oxundu.
Qazın qiyməti yenidən bahalaşdı

Avropada qaz fyuçerslərinin qiyməti ticarət sessiyasının sonunda hər min kubmetr üçün 950 ABŞ dollarına yüksəlib.

Bu barədə ICE London Fond Birjasının məlumatında deyilir.

Ticarətin başlanğıcında mart fyuçersləri 943 ABŞ dolları təşkil edib.

Sessiyanın bağlanmasına yaxın qiymət 4 % artıb.

Avropada qazın qiymətində nəzərəçarpacaq artım ötən ilin dekabr ayında qeydə alınıb. Fyuçerslər iki dəfə artaraq 2190,4 ABŞ dolları səviyyəsində tarixi rekord vurub.

скачать dle 12.1

Şərhlər