SON DƏQİQƏ
» » Kənd təsərrüfatı siyasəti milli məsələmizə çevrilməlidir

Kənd təsərrüfatı siyasəti milli məsələmizə çevrilməlidir

Tarix:

28-10-2021, 18:29

/ 2 526 dəfə oxundu.
Kənd təsərrüfatı siyasəti milli məsələmizə çevrilməlidir

İri torpaq sahələrində çalışacaq insanlara əmək haqlarından əlavə həvəsləndirici mükafatlar verilməlidir.

 

Bu gün ölkəmizin tarixi uğurlarına nəzər salsaq, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbədən sonrakı proseslər və işğaldan azad olunan rayonlarımızda gedən inkişaf bütün dünyaya ölkəmizin qüdrətini bir daha göstərdi. İşğaldan azad edilmiş Qarabağın hər yerində ölkəmiz üçün ən vacib məsələ olan kənd təsərrüfatının inkişafı üçün artıq böyük işlər görülməkdədir. Ölkə prezidentinin fərmanı ilə yaradılmış iqtisadi zonalar da elə bu məqsədi daşıyır. Kənd təsərrüfatının inkişafı.

Təkcə Laçında, Şuşada və Kəlbəcərdə yaradılacaq turizm bölgələrinə görə bu yerlərə hər il on minlərlə turist cəlb edəcək ki, bu da gözəl iqtisadi nəticələrdən xəbər verir. Bununla yanaşı bu yerlərdə iri kənd təsərrüfatı sahələrinin yaradılması üçün əsas məsələ bu sahəyə maraqların artırılmasıdır. Misal üçün bir vaxtlar Bakıda gedən nəhəng tikinti sahələrində verilən əmək haqqının sabit olmağı səbəbindən bu sahədə çalışanların sayı sürətlə çoxalırdı. Şəhərin hər yerində gedən tikinti quruculuq işlərində yüzlərlə insan çalışırdı. Bu da, qara bazarda işsizlik probleminin həllində mühüm rola malik idi.

Artıq bu cür mexanizm Qarabağda tikinti sahələrində, 30 il ərzində düşmənin dağıdıb viran qoyduğu şəhər və kəndlərdə qurulusa da, bununla eyni vaxtda Qarabağın dağ və aran bölgələrində kənd təsərrüfatının inkişafı üçün də vacib olduğunu bu yerlərin bərəkətli torpaqlarının əkilib becərilməsi ilə də göstərilmədir. İri torpaq sahələrində çalışacaq insanların

sosial durumları nəzərə alınaraq gördüyü işlər müqabilində əmək haqlarından əlavə həvəsləndirici mükafatlar, maddi maraqların güclənməsi üçün bütün dəstəklər verilməlidir.

Üzümçülük, bağçılıq, pambıqçılıq sahələrində çalışmaq üçün bu cür mexanizmi tətbiq edərək həm ölkə iqtisadiyyatını inkişaf etdirmək, həm də işsizlik probleminin həllini demək olar ki kökündən həll etmək olar. 30 illik işğal dövründə əkin sahələrindən, otlaqlardan örüşlərdən uzaq qalmış yüz minlərlə insanlarımız bu yerlərdə yenidən bolluq içərisində yaşamağa davam edəcəkdir. Dağ-mədən sənayesi, daş karxanaları yüzlərlə işçinin çalışacağı daimi iş yerlərinə çevrilməlidir. Həm dövlət həm də xalq birliyi ilə bütöv yumruq olaraq necə düşmənləri geri oturdub vətən torpaqlarını necə azad etdiksə, indi də bu yurd yerinin münbit torpaqlarını ölkə iqtisadiyyatının əsas mənbəyinə çevirmək üçün birlik göstərməliyik.

 

Kənd təsərrüfatı siyasəti milli məsələmizə çevrilməlidirSənan QACAR

скачать dle 12.1

Şərhlər