SON DƏQİQƏ
» » Əhali ticarət şəbəkələrində 22 milyard manat xərclədi

Əhali ticarət şəbəkələrində 22 milyard manat xərclədi

Tarix:

11-08-2021, 23:08

/ 1 475 dəfə oxundu.
Əhali ticarət şəbəkələrində 22 milyard manat xərclədi

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22 milyard 931,1 milyon manatlıq, o cümlədən 12 milyard 379,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10 milyard 551,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

GunAz.az xəbər verir ki, 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 2,8 faiz artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 13,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ilin yanvar-iyul aylarında istehlak mallarının dəyər ifadəsində 27,6 faizi ticarət müəssisələri, 49,5 faizi fərdi sahibkarlar tərəfindən, 22,9 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 22,7 faiz, fərdi sahibkarlar üzrə 0,5 faiz artmış, bazar və yarmarkalarda isə 11,0 faiz azalıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 327,2 manatlıq, o cümlədən 176,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 150,6 manatlıq qeyri-ərzaq malları alıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ