SON DƏQİQƏ

Bitkoinin qiyməti 34 min dolları ötüb

Tarix:

27-07-2021, 22:08

/ 1 492 dəfə oxundu.
Bitkoinin qiyməti 34 min dolları ötüb

Ən geniş yayılan kriptovalyuta olan bitkoinin məzənnəsi azalmadan sonra xeyli artıb.

GunAz.az ted.az-a istinadən bildirir ki, bitkoinin məzənnəsi 1, 2 faiz qalxaraq 34 240 ABŞ dolları təşkil edib.

Həmçinin, 20-dən artıq birjanın göstəriciləri əsasında orta rəqəm təqdim edən CoinMarketCap-a görə bitkoin son 24 saat ərzində 0,99 faiz faiz bahalaşaraq 34 232 dollardan satılıb.

Bitkoinin bazar kapitallaşması 151,662 milyard ABŞ dollar təşkil edir.

Xatırladaq ki, aprelin 14-də bitkoinin məzənnəsi tarixi rekordunu növbəti dəfə yeniləyərək 64.854 ABŞ dollarından satılmışdı.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ