SON DƏQİQƏ

Beynəlxalq Valyuta Fondundan ümidli PROQNOZ

Tarix:

21-07-2021, 22:45

/ 1 482 dəfə oxundu.
Beynəlxalq Valyuta Fondundan ümidli PROQNOZ

Beynəlxalq Valyuta Fondu (BVF) koronavirusun delta növünün yayılmasına baxmayaraq, 2021-ci ildə dünya iqtisadiyyatının "sürətli bərpasını” proqnozlaşdırmağa davam edir.

GunAz.az-ın "TASS”a istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonun Peterson Universitetində çıxışı zamanı BVF-nin direktoru Kristalina Georqiyeva deyib.

 

K.Georqiyeva bildirib: "Əlbətdə ki, yeni "Delta” ştammının bizə bir qədər narahatlıq yaradmasına baxmayaraq, 2021-ci ildə dünya iqtisadiyyatının sürətli bərpasını proqnozlaşdırırıq”.

Onun sözlərinə görə, 2021-ci ildə dünya iqtisadiyyatının artımı üzrə proqnoz aprel ayı ilə eyni səviyyədə qaldı – 6 faiz:

"Apreldə 6 faiz idi, iyulda da 6 faiz səviyyəsində qaldı. Lakin aprel və iyul ayları arasındakı dövrdə bu 6 faizin tərkibi dəyişib. İndi proqnozlaşdırırıq ki, bəzi ölkələrdə artım daha sürətli olacaq. Bəzi ölkələrdə isə daha zəif olacaq”.


скачать dle 12.1

Şərhlər