SON DƏQİQƏ
» » “Benzinin qiymətinin artması istehlakçıların xərclərini yüksəldəcək” - AÇIQLAMA

“Benzinin qiymətinin artması istehlakçıların xərclərini yüksəldəcək” - AÇIQLAMA

Tarix:

2-06-2021, 18:15

/ 3 764 dəfə oxundu.
“Benzinin qiymətinin artması istehlakçıların xərclərini yüksəldəcək” - AÇIQLAMA

"Azərbaycanda Aİ-95 ("Premium”) və Aİ-98 ("Super”) markalı avtomobil benzinlərinin qiyməti hər litr üçün 15 qəpik bahalaşıb. Belə ki, Aİ-95 benzininin qiyməti 1,25 manatdan 1,40 manata, Aİ-98 benzininin qiyməti isə 1,40 manatdan 1,55 manata qaldırılıb.

Mövzu ilə bağlı GunAz.az-a açıqlama verən iqtisadçı alim Qubad İbadoğlu bildirib ki, pandemiya dövründə neftin dünya bazarında qiyməti hazırkından 2 dəfədən çox aşağı olsa da, ucuzlaşma baş vermədi: "Lakin dünya bazarında qiymətlərin bahalaşması hazırkı artımı labüd edirdi. Yanvar ayında Ai-92 markalı benzinin və dizel yanacağının qiymətinin yüksəlməsi gözləntiləri artırmışdı. Azərbaycan bu markalı benzinləri 2014-cü ilin aprelin 1-dən idxal edir. Hazırda Ai-95 markalı benzin Rusiyadan, Ai-98 markalı benzin isə Rumıniyadan idxal olunur. SOCAR Ai-95 markalı benzinin istehsalına ən yaxşı halda 2023-cü ildə başlaya biləcək. Ondan sonra bu markada benzinin qiymətini də Tarif Şurası müəyyənləşdirəcək”.

Qubad İbadoğlu əlavə edib ki, Aİ-95 ("Premium”) Ai-92 markalı benzindən, Aİ-98 ("Super”) isə Aİ-95 ("Premium”)-dən az istifadə olunduğu üçün, bu ildən həm Premium, həm də Super markalı avtomobil benzinlərinə tələbat artmışdı: "Çünki, xüsusilə də Ai-95-lə, Ai-92 arasında qiymət fərqi az idi. Böyük ehtimalla bahalaşma Ai-92 markalı benzinə tələbatı az da olsa artıracaq. Bundan da SOCAR qazanacaq, istehlakçılar və ekologiya daha çox itirəcək. Çünki zəif oktanlı yanacağın istifadəsi atmosferə atılan tullantıların həcmini çoxaldacaq və ətraf mühitə xeyli zərər vuracaq. Bu qiymət artımı sərnişin və yük daşımalarında gediş haqlarına əhəmiyyətli təsir etməsə də, istehlakçıların xərclərini yüksəldəcək”.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ