SON DƏQİQƏ
» » Azərbaycanın 12 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verildi

Azərbaycanın 12 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verildi

Tarix:

3-02-2021, 22:04

/ 1 443 dəfə oxundu.
Azərbaycanın 12 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verildi

"Rosselxoznadzor” 12 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə verib.

GunAz.az xəbər verir ki, fevral ayının 5-dən etibarən 12 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilib.

"Rosselxoznadzor” tərəfindən bitki mənşəli məhsulların tədarükü ilə bağlı mövcud məhdudlaşdırmaların aradan qaldırılması məqsədi ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə Azərbaycan müəssisələrində məhsulunun güvəsinə yoluxmaması üçün video yoxlamalar aparır.

Yanvarın 14-dən 29-na kimi müəssisələrdən götürülən  nümunələrin fitosanitar ekspertizasının mənfi nəticəsi nəzərə alınaraq, fevralın 5-dən etibarən "Rosselxoznadzor” AQTA-nın zəmanəti altında Azərbaycandan pomidor idxalına icazə verib.

"Rosselxoznadzor” pomidor idxalına icazə verdiyi Azərbaycan müəssisələrinin adlarını da açıqlayıb. Bunlar Bakı şəhəri, Sabirabad, Abşeron və Kürdəmir rayonlarında yerləşən müəssisələrdir.   /APA

скачать dle 12.1

Şərhlər