SON DƏQİQƏ

Daha 15 müəssisə Rusiyaya pomidor ixrac edəcək

Tarix:

29-12-2020, 21:42

/ 1 456 dəfə oxundu.
Daha 15 müəssisə Rusiyaya pomidor ixrac edəcək

"Gələn il yanvarın 1-dən etibarən Azərbaycanın daha 15 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilib”.

GunAz.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Rosselxoznadzor”un məlumatında bildirilib.

Qeyd edilib ki, danışıqların nəticələrinə əsasən, təqdim olunmuş məlumatlara uyğun olaraq və Azərbaycan Respublikasının səlahiyyətli qurumunun zəmanəti ilə "Rosselxoznadzor” 2021-ci il yanvarın 1-dən etibarən 15 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilməsini mümkün sayıb.

Xatırladaq bundan əvvəl "Rosselxoznadzor” daha 17 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə vermişdi.


скачать dle 12.1

Şərhlər