SON DƏQİQƏ
» » Rusiya Azərbaycanla bu məsələni müzakirə edəcək

Rusiya Azərbaycanla bu məsələni müzakirə edəcək

Tarix:

9-12-2020, 23:07

/ 1 364 dəfə oxundu.
Rusiya Azərbaycanla bu məsələni müzakirə edəcək

Rusiyaya meyvə və tərəvəz məhsullarının tədarükü ilə bağlı "Rosselxoznadzor” rəhbəri Sergey Dankvertlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhməzli arasında görüş baş tutub.

GunAz.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor”dan məlumat verilib.

Dankvert bildirib ki, Rusiyaya göndərilən meyvə və tərəvəzlərdə zərərverici orqanimzlərin olması barədə dəfələrlə Azərbaycan tərəfinə məlumat verilib.

"Həmin məhsulların göndərilməsi davam etdiyi üçün "Rosselxoznadzor” bu ölkədən pomidor və almaların gətirilməsinə qadağa qoydu. Bundan başqa, dekabrın 11-də mövcud vəziyyəti müzakirə etmək üçün iki ölkənin rəsmi qurumlarının mütəxəssisləri arasında danışıqların aparılması təklif edilib. Tərəflər Azərbaycandan Rusiyaya meyvə və tərəvəz tədarükündə regionallaşma prinsipinin tətbiqi imkanlarını nəzərdən keçirəcəklər”, - məlumatda qeyd olunub.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ