SON DƏQİQƏ
» » Daha 13 müəssisə Rusiyaya alma və pomidor ixrac edəcək

Daha 13 müəssisə Rusiyaya alma və pomidor ixrac edəcək

Tarix:

22-01-2021, 20:24

/ 5 793 dəfə oxundu.
Daha 13 müəssisə Rusiyaya alma və pomidor ixrac edəcək

Rusiya hökuməti Azərbaycanın 13 müəssisəsinə bu ölkəyə yanvarın 25-dən etibarən pomidor və alma ixrac etmək icazəsi verib.

Bu barədə "Rosselxoznadzor” məlumat yayıb.

Bu müəssisələrin 6-sı pomidor, 7-si isə alma ixracı ilə məşğuldur.

"Soyuzaqrikontrakt”, "Amoris”, "D.Fruits fermer təsərrüfatı”, "QrantGarden”, "Agrarco”, "Ecofruit” və "Yaşıl bağlar” alma tədarükü üçün icazə verilən müəssisələrdir.

"Novas Agro”, "TechnoAqro”, Bəhruz Sərdar oğlu İslamzadə, Şəfəq Firudin qızı İbrahimova, Şakir Nəbi oğlu Hüseynov və Cavid müəssisələrinə isə pomidor tədarükünə icazə verilib.


скачать dle 12.1

Şərhlər