SON DƏQİQƏ
» » Kəlalə Ağbənd dəmir yolunun mart ayında açılışını edəcəyik-Vəhid Cəlalzadə

Kəlalə Ağbənd dəmir yolunun mart ayında açılışını edəcəyik-Vəhid Cəlalzadə

Tarix:

24-01-2026, 08:17

/ 3 257 dəfə oxundu.
Kəlalə Ağbənd dəmir yolunun mart ayında açılışını edəcəyik-Vəhid Cəlalzadə

30 il bundan öncə biz azərbaycanlı qardaşlarımız üçün Araz dəhlizini yaratmışdıq.
GunAz.az xəbər verir ki, bunu dünən İran İslam Respublikasının xarici işlər nazirinin konsulluq və parlament məsələləri üzrə müavini Vəhid Cəlalzadə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə dostluq görüşündə deyib.
O, qeyd edib ki, ölkələrin suverenliyinə və ərazi bütövlüklərinə hörmətlə yanaşırıq.
"Azərbaycan rəsmiləri hər zaman bizdən Araz dəhlizi barəsində soruşurlar. Biz oradakı avtomobil yolunu genişləndirərək dörd zolaqlı edəcik. Ümid edirik ki, Kəlalə Ağbənd dəmir yolunun mart ayında açılışını edəcəyik və bu kommunikasiyalar iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcək", - İran rəsmisi əlavə edib.Trend
скачать dle 12.1

Şərhlər