SON DƏQİQƏ

Yanacaq xərcləri 7,7% artdı

Tarix:

11-12-2025, 12:35

/ 3 046 dəfə oxundu.
Yanacaq xərcləri 7,7% artdı

Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 521,3 mln. manat xərclənib.
GunAz.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. Bu göstərici 2024-cü ilin müvafiq dövrünün göstəricisini 7,7% üstələyib.
Xatırladaq ki, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 mlrd. 423,1 mln. manat xərclənib, bu da illik müqayisədə 5,5% çoxdur.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
скачать dle 12.1

Şərhlər