SON DƏQİQƏ
» » Gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq

Gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq

Tarix:

23-10-2025, 08:24

/ 3 622 dəfə oxundu.
Gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq

Gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaqlar.
GunAz.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı dərəcələrlə tutulacaq:
2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2 500 manatadək aylıq gəlirdən 3 faiz, 2 500 manatdan 8 000 manatadək olan aylıq gəlirdən 75 manat + 2 500 manatdan 8 000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8 000 manatdan çox olduqda 625 manat + 8 000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.
2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın birinədək 2 500 manatadək aylıq gəlirdən 5 faiz, 2 500 manatdan 8 000 manatadək olan aylıq gəlirdən 125 manat + 2 500 manatdan 8 000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8 000 manatdan çox olduqda 675 manat + 8 000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq. 
2028-ci il yanvarın 1-dən isə 2 500 manatadək aylıq gəlirdən 7 faiz, 2500 manatdan 8 000 manatadək olan aylıq gəlirdən 175 manat + 2 500 manatdan 8 000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8 000 manatdan çox olduqda 725 manat + 8 000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda əməkhaqqı 200 manatdan çox olduqda: 6 manat + 10% DSMF ayırmaları tutulur. Bundan başqa, işçilər 0.5 % işsizlikdən sığorta haqqı, 2 % isə icbari tibbi sığorta haqqı ödəyi
Layihəyə əsasən, üzərinə 3% gəlir vergisi də əlavə olunarsa və DSMF ayırmalarına tutulan hissə dəyişməzsə, vergidən tutulmalar aşağıdakı kimi olacaq:
Məsələn, aylıq maaşınız 1 000 manatdırsa;
Gəlir vergisi: 30 manat;
DSMF ayırmaları: 86 manat;
İşsizlikdən sığorta haqqı: 5 manat;
İcbari tibbi sığorta: 20 manat;
Tam əməkhaqqı: 859 manat.
скачать dle 12.1

Şərhlər