SON DƏQİQƏ
» » Pənahi: İran Qafqazdan keçən dəhlizlərə qoşulacaq

Pənahi: İran Qafqazdan keçən dəhlizlərə qoşulacaq

Tarix:

29-08-2025, 10:11

/ 2 832 dəfə oxundu.
Pənahi: İran Qafqazdan keçən dəhlizlərə qoşulacaq

İranın vitse-prezidenti Məhəmməd Cəfər Qaim Pənahi hökumətin Çabahar dəmir yolu layihəsinin başa çatdırılması və ölkənin dəmir yolu şəbəkəsinə qoşulması üçün böyük səylər göstərdiyini açıqlayıb.
GunAz.az xəbər verir ki, o, dəmir yolunun yaxın vaxtlarda beynəlxalq dəhlizlərə qoşulacağını bildirib.
Çabaharda Şimal-Cənub dəhlizi ilə bağlı görülən işlərlə tanış olan Məhəmməd Cəfər Qaim Pənahi Çabahar dəmir yolu layihəsinin strateji əhəmiyyətinə diqqət çəkib.
İran rəsmisi qeyd edib ki, bu marşrutun milli dəmir yolu şəbəkəsinə qoşulması beynəlxalq dəhlizin yaradılmasının əsasını qoyacaq.
“Bu marşrut Çabahar limanından ölkənin şimalına, oradan isə Qafqaz, Rusiya və Avropaya lazımi yüklərin daşınmasına imkan yaradacaq”, - Pənahi əlavə edib.Teleqraf
скачать dle 12.1

Şərhlər