
Rusiyada ABŞ dolları bahalaşıb.
Rusiya Mərkəzi Bankının qərarı ilə dolların məzənnəsi 82 rublu ötüb.
Bununla da, dolların məzənnəsi 2,64 rubl artaraq, 82,2197 rubla çatıb.
Qeyd edək ki, Rusiyada iyulun 29-da dolların məzənnəsi 79,5782 rubl təşkil edib.
Rusiya Mərkəzi Bankı məzənnəni 94,9976 rubl səviyyəsində müəyyən edib.
Bank bazarı eksperti Andrey Barxota Rusiya iqtisadiyyatı üçün ən əlverişli məzənnənin dollar üçün 88-108 rubl aralığında olduğunu açıqlayıb.





























