SON DƏQİQƏ

Son 13 ildə ilk: Gümüş 37 dolları keçdi

Tarix:

10-06-2025, 08:25

/ 2 543 dəfə oxundu.
Son 13 ildə ilk: Gümüş 37 dolları keçdi

2025-ci ilin iyul ayında tədarük üçün nəzərdə tutulan gümüş fyuçerslərinin qiyməti Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 29 fevral 2012-ci ildən bəri ilk dəfə 37 dolları ötüb.
GunAz.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə ticarət platformasının məlumatında deyilir.
Məlumata əsasən, gümüş qiyməti 1 troy unsiyası üçün 37,025 dollar (+2,41%) təşkil edib. Bakı vaxtı ilə saat 22:54-də gümüşün qiyməti artımını azaldaraq 36,985 dollar (+2,35%) səviyyəsində olub.
Eyni zamanda, 2025-ci ilin avqustunda çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti 0,69% artaraq 1 troy unsiyası üçün 3 353,5 dollar təşkil edib.
скачать dle 12.1

Şərhlər