SON DƏQİQƏ

Dolların qəfil bahalaşması ilə bağlı risk...

Tarix:

28-05-2025, 10:41

/ 2 399 dəfə oxundu.
Dolların qəfil bahalaşması ilə bağlı risk...

Azərbaycanda ingilis funt-sterlinqi manata nisbətdə bahalaşıb-ucuzlaşır. Eyni tendensiya avro ilə bağlı da müşahidə olunur, lakin ABŞ dolları stabilliyini qoruyur.
Bu vəziyyətin səbəbi nədir? Dolların qəfil bahalaşması ehtimalı varmı?

GunAz.az xəbər verir ki, iqtisadçı Xalid Kərimli Globlinfo.az-a açıqlamasında funt-sterlinq və avronun manata nisbətən bahalaşmasının ABŞ dollarının stabilliyini qoruması ilə bağlı olduğunu bildirib.
“Dollar qalxanda və ya düşəndə manatın məzənnəsi də dəyişir. Yəni, manatın avroya və funt-sterlinqə nisbətdə ucuzlaşmasının səbəbi dolların bu valyutalar qarşısındakı mövqeyidir. Hazırda dolların ucuzlaşma tendensiyası davam edir”, - o deyib.
İqtisadçı bildirib ki, dollarla bağlı proseslər əsasən ABŞ-ın iqtisadi vəziyyəti ilə bağlıdır və Azərbaycanla birbaşa əlaqəsi yoxdur:
“Dolların qəfil bahalaşması gözlənilmir və hazırda belə bir risk yoxdur. Lakin gələcəkdə müxtəlif ssenarilər mümkündür”.
скачать dle 12.1

Şərhlər