SON DƏQİQƏ

Azərbaycanda maaşlar 100 manata qədər artdı

Tarix:

21-05-2024, 16:19

/ 3 316 dəfə oxundu.
Azərbaycanda maaşlar 100 manata qədər artdı

Son bir ildə Bakı şəhərində orta aylıq əməkhaqqının məbləğində 100 manata yaxın artım qeydə alınıb. 
GunAz.az xəbər verir ki, ötən ilin aprelin 1-də 1 152 manat olan orta maaş məbləği bu ilin aprelin 1-də 1 244 manata çatıb. 
Bir il ərzində paytaxtda muzdla çalışanların orta əməkhaqqı 92 manat artıb.
Son bir ildə paytaxtda çalışanların maaşı ilə yanaşı çalışanların sayında da ciddi artım qeydə alınıb. Bir il əvvəl paytaxtda 905 min muzdlu işçi olub. Amma bu il onların sayı 954,4 minə çatıb. Müqayisə edilən müddətdə işçi sayında 49,4 min artım baş verib.
Xatırladaq ki, Azərbaycanda orta əməkhaqqı 985 manat təşkil edir. Orta maaş Bakıda 1244 manat olsa da kənar regionlarda 675 manatdır.  (Sfera.az)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ