SON DƏQİQƏ
» » Bu sahədə dövlət maliyyələşdirilməsi qaydası DƏYİŞDİRİLDİ

Bu sahədə dövlət maliyyələşdirilməsi qaydası DƏYİŞDİRİLDİ

Tarix:

27-10-2023, 16:30

/ 2 299 dəfə oxundu.
Bu sahədə dövlət maliyyələşdirilməsi qaydası DƏYİŞDİRİLDİ

Azərbaycan Respublikasının Nazirlər Kabineti "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydasına dəyişiklərlə bağlı qərar verib.

GunAz.az Baş nazir Əli Əsədovun qərarını təqdim edir:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli 292 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1024; 2016, № 3, maddə 598; 2019, № 3, maddələr 517, 527; 2020, № 10, maddə 1308; 2021, № 9, maddə 1064) ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə "tədbirlərin" sözündən sonra "və layihələrin (bundan sonra – tədbir)" sözləri əlavə edilsin.

2. 1.2-ci bənddə "layihələri" sözü "tədbirləri" sözü ilə, "tədbirlər" sözü isə "fəaliyyətlər" sözü ilə əvəz edilsin.

3. 2.1-ci bənddən "yanvarın 31-dək" sözləri çıxarılsın və həmin bənddə "3 (üç) iş günü müddətində" sözləri "ərizələrin təqdim edilməsi üçün müəyyənləşdirilmiş son tarixdən ən azı 10 (on) gün əvvəl" sözləri ilə əvəz edilsin.

4. 2.1-ci, 2.11-ci, 3.3-cü bəndlərdə "elektron saytında" sözləri "internet səhifəsində" sözləri ilə əvəz edilsin.

5. 2.2-ci bənddə "hər il martın 1-dək" sözləri "elanda müəyyən edilmiş müddət ərzində" sözləri ilə əvəz edilsin.

6. 2.3-cü bənddə "düzgünlüyünün və tamlığının yoxlanılması üçün müvafiq şöbəyə təqdim edilir" sözləri "düzgünlüyü və tamlığı yoxlanılır" sözləri ilə əvəz edilsin.

7. 2.4-cü bəndə "qəbulu üçün" sözlərindən sonra "elanda" sözü əlavə edilsin, "müddətdə" sözü "müddət ərzində" sözləri ilə əvəz edilsin.

8. 3.1-ci bənddən "hər il mayın 1-dək" sözləri çıxarılsın.

скачать dle 12.1

Şərhlər