SON DƏQİQƏ
» » Böyük Qayıdışın icrasına 30,5 milyard tələb olunur

Böyük Qayıdışın icrasına 30,5 milyard tələb olunur

Tarix:

19-10-2023, 16:26

/ 1 656 dəfə oxundu.
Böyük Qayıdışın icrasına 30,5 milyard tələb olunur

Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası ilə bağlı lazım olan vəsaitin həcmi açıqlanıb.

Bu, Maliyyə Nazirliyinin açıqladığı “2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə qeyd olunub.

Məlumata əsasən, 2023-cü ildə icraçı qurumlar tərəfindən təqdim edilmiş son məlumatlara əsasən Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur.

Qeyd olunub ki, 2020-2022-ci illərin dövlət büdcəsindən bu məqsədə təqribən 6,6 milyard manat məbləğində vəsait ayrılıb.

Cari ilin dövlət büdcəsində sözügedən Proqramın icrası üçün 5,3 milyard manat, 2024-2026-cı illərdə ümumilikdə 10,6 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Beləliklə, proqnozlaşdırılan vəsait də nəzərə alındıqda Proqramın icrası üçün 2020-2026-cı illər üzrə ümumilikdə ayrılacaq vəsaitin həcmi 22,4 milyard manata çatdırılacaq.

скачать dle 12.1

Şərhlər