SON DƏQİQƏ
» » Ölkəyə pul köçürmələri niyə azalır və bunun zərəri nədir?

Ölkəyə pul köçürmələri niyə azalır və bunun zərəri nədir?

Tarix:

13-09-2023, 16:13

/ 4 156 dəfə oxundu.
Ölkəyə pul köçürmələri niyə azalır və bunun zərəri nədir?

Pərviz Heydərov yazır...
Hər bir ölkə üçün tədiyyə balansı mühüm göstəricidir. Çünki bu, müəyyən dövr ərzində rezidentlər və qeyri-rezidentlər arasında aparılmış bütün iqtisadi əməliyyatlar üzrə əks olunan statistik bir sistem sayılır. Sadə dillə desək, ölkəyə daxil olan və ölkədən çıxan pul kütləsi hesab olunur. Odur ki, tədiyyə balansı üzrə profisit daxili valyuta bazarı və milli pul vahidinin dəyəri və yaxud məzənnəsi baxımından müsbət, əksinə olan defisit isə mənfi göstərici kimi qəbul edilir.
Ölkəmizə valyuta gətirən və xarici gəlirlərimizin əsasını təşkil edən bəlli olduğu kimi xam neft və neft məhsullarıdır. Yəni, kənara əsasən bu məhsulları ixrac edirik. Odur ki, tədiyyə balansı göstəricisi baxımından ölkəmizə kənardan maliyyə və nağd pul axını mənbələri bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bunların sayının çox olması və geniş xarakter daşımasında, həmçinin həmin mənbələr üzrə mədaxildə maraqlı sayılırıq.
Ancaq, Mərkəzi Bankın (AMB) 2023-ci ilin ikinci rübünə dair məlumatında qeyd edilir ki, ölkəmizin tədiyyə balansının cari əməliyyatlar hesabı üzrə profisit 5,2 milyard dollar təşkil edib. Hansı ki, bu da ötən ilin eyni dövrünə nisbətən iki dəfə az deməkdir.
Ölkəmizə xaricdən pul daxilolmaları, yaxud köçürmələri ümumiyyətlə azalıb. Və bu, çox böyük mənfi hal sayılır. AMB-nin məlumatına görə, ötən ilin yanvar-iyun aylarına nisbətən ölkəmizə pul köçürmələri iki dəfə və ya 1 milyard 327 milyon manat az təşkil edib.
Azərbaycana xaricdən pul köçürmələrinin azalması Rusiyadakı böhranla əlaqədardır. Belə ki, xaricdən ölkəmizə pul köçürülmələri həcminin azalması adıçəkilən ölkəyə tətbiq edilən sanksiyalar nəticəsində şimal qonşumuzun iqtisadiyyatının üzləşdiyi vəziyyətlə bağlı izah olunur.
Çünki, Azərbaycana ən çox pul məhz Rusiyadan köçürülürdü. Düzdür, digər ölkələrdən də ölkəmizə pul köçürmələri var lakin, başqa ölkələrdən pul vəsaitləri köçürülməsi həcmi heç vaxt Rusiyadan köçürülən qədər olmayıb və olmayacaq.
Çünki bizdən işçi qüvvəsi ən çox həmişə məhz Rusiyaya üz tuturdu. Və məhz bu cəhətin, yəni vətəndaşlarımızın daha çox sözügedən ölkədə çalışmağa getmələri hesabına idi ki, ölkəmizə vəsait ən çox məhz Şimal qonşumuzdan daxil olurdu.
Odur ki, Rusiya rublunun dəyərdən düşməsi də əsas səbəblər sırasında sayılmalıdır və sayılır da...
Məsələ bundadır ki, Rusiya-Ukrayna müharibəsi başlayan kimi sanksiyaların tətbiqinin ölkəmizə pul köçürülmələri həcmini azaldacağı qabaqcadan bəlli idi. Təsadüfi deyil ki, ötən ilin əvvəlində, yəni müharibə başlayan kimi ölkəmizə köçürmələrin həcmi birdən-birə artdı. Niyə?!
Ona görə ki, Rusiya və Ukraynada çalışan azərbaycanlılar əllərində olan bütün vəsaitlərini dərhal Azərbaycana göndərməyə başladılar. Və bununla əlaqədar da pul axını artdı. Ancaq bu, müəyyən müddət davam edə bilərdi və etdi də. Çünki bu, müvəqqəti xarakter daşıyırdı.
Bundan sonra isə Rusiyadan ölkəmizə pul axını əvvəlki kimi ola bilməzdi.
Bəs, bu vəziyyət nə qədər davam edəcək və bunun iqtisadiyyatımıza təsiri varmı?!
Nə qədər ki, müharibə davam edir, Rusiya sanksiyalar altındadır və rubl ucuzlaşır, bu ölkədən Azərbaycana pul axını getdikcə bir az da azalacaq.
Ümumiyyətlə, hər hansı bir ölkə üçün pul axını həcminin böyük olması tədiyə balansı, iqtisadiyyat, daxili istehlak bazarında alış-veriş və ölkə əhalisinin dolanışığı üçün müsbət əhəmiyyət daşıyır. Xaricdən pul köçürmələri az təşkil edən və tədiyə balansı müsbət xarakter kəsb etməyən ölkələrdə isə sadalanan cəhətlər baxımından ciddi çətinliklər hökm sürür.
Doğrudur, hazırda ölkəmizə pul axını, çıxışı ilə müqayisədə üstünlük təşkil edir, ölkəyə pul daxili dominant rol oynayır. Bu isə neft amilinin hesabınadır.
Yuxarıda yazdım ki, ölkəmizə kənardan maliyyə və nağd pul axını mənbələri bizim üçün xüsusi əhəmiyyət daşıyır və bunların sayının çox olması, geniş xarakter daşıması, həmçinin həmin mənbələr üzrə mədaxildə maraqlı sayılırıq və sayılmalıyıq da...
Odur ki, pul köçürmələrinin tədiyə balansımızın müsbət xarakter daşımasında rolu və əhəmiyyəti baxımından kənar ölkələrdən, xüsusən də Rusiyadan pul köçürmələrinin azalması davamlı xarakter daşımasa yaxşıdır.
Bəs, çıxış yolu nədədir?
Əsasən üç sahəyə diqqət artmalıdır: məşğulluğa, ticarətə və tikinti sektoruna. Ölkəyə pul köçürmələrinin azalması mənfi təsirini iqtisadiyyatın məhz bu sektorlarında büruzə verəcək ki, hökumət indidən bu sahələrə dair sığortalayıcı və stimullaşdırıcı tədbirlərə aid xüsusi plan hazırlıqlarına başlasa yaxşıdır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ