SON DƏQİQƏ

Azərbaycanın Ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var

Tarix:23-01-2023, 18:01 Oxunub:2 427

Azərbaycan Republikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və mədəni əlaqələr inkişaf edir. Prezident İlham Əliyevin ərəb ölkələrinə səfəri, onların Azərbaycana rəsmi səfərləri bunu deməyə əsas verir.
Bildirək ki, Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var.
Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi artan xətt üzrə inkişaf edir. Birləşmiş Ərəb Əmirlikləri 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci il sentyabrın 1-də ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb. BƏƏ BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Xankəndi-Laçın yolu ətrafında vəziyyətə dair mətbuat bəyanatının layihəsi ilə əlaqədar obyektiv mövqe nümayiş etdirib.
Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi ("ADSW”) başlayıb.
Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı "Masdar” ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4 qiqavatlıq külək və günəş enerjisinin istehsalına dair razılaşma imzaladıqlarını bildirib"Bu, hələ qısamüddətli layihədir. Ortamüddətli layihələr gücləri 10 qiqavata qədər artıracaq. Bu, tamamilə icraolunandır. Bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində "Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək. Bütövlükdə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisi istehsal etmək imkanı yaradacaq". 
Dövlət başçısı Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı rola işarə edərək bu istiqamətdə görülən işdən də bəhs edib"Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqaenerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdən çoxdur. Təbii qaz ixracımız artır - ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Bu rəqəm artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq”. deyə bildirib.
Müxtəlif KİV-lərdə yayılan xəbərlərdə, həmçinin Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar” şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi imzalandığı vurğulanıb.
Bilman İSAQ

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<