SON DƏQİQƏ

Rəisi İranın neft ixracından danışdı

Tarix:14-01-2022, 08:18 Oxunub:1 249


İranın neft ixracı 2021-ci ilin avqustundan bugünədək 40 faiz artıb.

Bu barədə İran Prezidenti İbrahim Rəisi Qum şəhərində videokonfrans vasitəsilə iştirak etdiyi toplantıda bildirib.

Rəisi deyib ki, onun administrasiyası ABŞ sanksiyalarını neytrallaşdırmaq üçün çalışır.

"İranın neft ixracı o həddə çatıb ki, biz bundan artıq narahat deyilik. Hazırkı administrasiya dövründə İran neftinin ixracı 40 faiz artıb və neftdən gələn gəlirlər ölkəyə qayıdır”, - Prezident qeyd edib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<