
Bu ilin 11 ayında qeyri-neft sektoru üzrə ixrac 16 faiz artıb…
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, 2019-cu ilin yanvar-noyabr ayları ərzində ölkəmizin ixracı 18,3 milyard dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 365 milyon dollar və ya 2 faizçoxdur. Qeyri-neft məhsullarının ixrac edildiyi ölkələr arasında ilk yeri Rusiya tutur.
2019-cu ilin 11 ayı ərzində meyvə-tərəvəz ixracı 541,9milyon dollar təşkil edib. İl ərzində ən çox ixrac edilən məhsul isə pomidordur.
Ötən ay qeyri-neft sektoru üzrə ən çox ixrac olunan məhsul xurma olub. Bu məhsulun ixracı 37 milyon dollar təşkil edib.Dekabr və yanvar aylarında da xurma ixracının kifayət qədər olacağı gözlənilir.
GunAz.az