SON DƏQİQƏ

Oldumu...

Tarix:

26-10-2021, 10:11

/ 1 576 dəfə oxundu.
Oldumu...

 Sərvər MƏSUM
Şimaldı, Cənubdu vətənin adı,
Ruhumu oxşayır bütövlük dadı,
Son yürüş , son finiş Savalandadı,
Bu yola başını qoyan oldumu...?

Kim tapdı dağlarda, bozkırda izi,
Qayıtsın tapşırsın bozqurda bizi,
Həsrətdən sızlayan, susan dənizi,
Buz ilə ovxayıb yuyan oldumu...?
 
Dünyanın dərd yükü ağırdan ağır,
Bu fələk namussuz , mən isə fağır,
Baxdım ki, göylərdən elə dərd yağır,
Görəsən o dərddən doyan oldumu...?

Dolandım Təbrizi döndüm , ağladım,
Bir yanar ocaqdım , söndüm , ağladım,
Bu canı torpağa gömdüm ağladım,
Bimirəm heç məni duyan oldumu...?
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ