SON DƏQİQƏ

Türkiyə prezidentini güldürən cavab

Tarix:

24-04-2018, 16:05

/ 10 216 dəfə oxundu.
Türkiyə prezidentini güldürən cavab

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 23 aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Prezident sarayında uşaqları qəbul edib.

Ölkə başçısı görüş zamanı ənənəvi olaraq öz kürsüsünü sarayı ziyarətə gələn uşaqlardan birinə təhvil verib.


Ərdoğanın vəzifəsini təhvil verdiyi 6-cı sinif şagirdi Fateh Mindaş bundan sonra jurnalistlərin suallarını cavablandırıb. Prezident seçiləcəyi halda ilk işinin nə olacağı barədə suala cavab verən gənc lider “İlk işim millətimizə xidmət etmək olacaq” deyib.

Bir sıra suallara ağıllı cavablar verən şagirdin “23 apreldə nəvələrinizlə birlikdə vaxt keçirməyə fürsətiniz oldumu?” sualına verdiyi cavab isə həm mətbuat işçilərinin, həm də Prezident Rəcəb Tayyib Ərdoğanın gülüşünə səbəb olub: “Nəvəm olmadığı üçün bu barədə heç bir şey söyləyə bilməyəcəm”, - Mindaş deyib.

 

 

Gunaz.az

скачать dle 12.1

Şərhlər