SON DƏQİQƏ

Salaməleyküm pul-para

Tarix:

22-09-2021, 08:47

/ 2 775 dəfə oxundu.
Salaməleyküm pul-para


Tamam ULUXANLI
İnsanlığın verib tərkin,
Yaltaqlara edib ərkin.
Nə olsun ki,sifət çirkin,
Əməli bəd,üzü qara,
Salaməlüyküm pul-para!

Nə fərq kimin əlindədir,
Dördayaqlı belindədir
Yaltaqların dilindədir,
Baş əyirlər pula, vara,
Salaməleyküm pul-para

Cavan qızlar sağ-solunda,
Bir gözəl var hər qolunda
Dolanır pulun dalında,
İblis verib meydan sara,
Salaməleyküm pul-para!

Pulsuzun yanından keçər,
Pullu önündə diz çökər.
Fəqir ,kasıb olsa çəkər
Alimi,aqili dara,
Salaməleyküm pul para!

Anasını satar pula,
Düşər yüngül,əyri yola.
Təzim edər sağa-sola,
Tapınar evro,dollara,
Salaməleyküm pul-para!

Bir mərəzdir verib Allah,
Kasıb çəkir ağrıdan ah...
Baxmır ona həkim vallah,
Sürünür qəlbində yara,
Salaməleyküm pul-para!

Kobud adamdır,qanmazdır,
Savadı yox,elmi azdır.
Hiyləsi var,keyfi sazdır,
Yol açıqdır getsə hara,
Salaməleyküm pul-para!

Pulu yoxdur...Yazır Tamam,
Kağız üstə çızır Tamam.
İynəylə gor qazır Tamam
Yoxdur ki,dərdinə çara,
Salaməleyküm pul-para!
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ