SON DƏQİQƏ
» » Nazirlikdən AÇIQLAMA- Bu dərman ölümə səbəb ola bilər?

Nazirlikdən AÇIQLAMA- Bu dərman ölümə səbəb ola bilər?

Tarix:

28-11-2018, 12:44

/ 10 995 dəfə oxundu.
Nazirlikdən AÇIQLAMA- Bu dərman ölümə səbəb ola bilər?

GunAz.az Axar.az-a istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi “Paraçetamol 500”dərmanı haqqında sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, sosial şəbəkələr vasitəsi ilə yayılan fotoda “Paraçetamol 500” dərmanının insan orqanizmi üçün zərərli olduğu, hətta ölümə səbəb ola biləcəyi göstərilib:

“Azərbaycan Respublikasında İsrail istehsalı olan “Paraçetamol 500” qeydiyyata alınmayıb və idxal olunmayıb. İdxal olunan “paraçetamol” tərkibli (Paraçetamol 500mg) dərman vasitələri bunlardır: Paraçetomol Sofarma – “Sofarma” SC, Bolqarıstan (tablet), Paraçetamol – Tatximfarmpreparati ASC, Rusiya Frderasiyası (tablet), Paraçetomol – Farmstandart-Leksredstva ASC, Rusiya Federasiyası (tablet), Efferalqan – Bristol-Mayers Skvibb, Fransa (fışıldayan tablet), Panadol – QlaksoSmitKlayn Konsyumer Xelzkeya, Böyük Britaniya (örtüklü tablet).

Son günlərdə şəbəkə vasitəsi ilə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir. Bu səpkili məlumatlar bir necə ildir ki, müxtəlif dövlətlərdə, o cümlədən, Rusiya, Qazaxıstan, Gürcüstan və s. yayılır.

Mütəmadi olaraq oxşar mətnli xəbərlərin yayılması (xüsusilə qış aylarında) əhali arasında təşviş və gərginliyə səbəb olur. Qeyd etmək istərdik ki, Analitik Ekspertiza Mərkəzinə bu preparatla əlaqəli hər hansı bir şikayət daxil olmayıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə, o cümlədən Votsapda ölkədə “Paraçetamol 500” dərmanlarının satılması və bu preparatdan istifadə edən şəxslərin bir neçə gün ərzində dünyasını dəyişməsi barədə şayiələr yayılmışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ