SON DƏQİQƏ
» » "Qarabağ"ın bütün potensial rəqibləri bəlli oldu

"Qarabağ"ın bütün potensial rəqibləri bəlli oldu

Tarix:

26-08-2022, 08:14

/ 2 750 dəfə oxundu.
"Qarabağ"ın bütün potensial rəqibləri bəlli oldu

UEFA Avropa Liqasında qrup mərhələsinin bütün iştirakçıları bəlli olub.

Pley-off mərhələsinin cavab matçlarından sonra qrupda mübarizə aparacaq 32 komanda müəyyənləşib.

Bununla da Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ"ın bütün potensial rəqiblərinin adına aydınlıq gəlib.

Püşkatmaya 2-ci səbətdən qoşulacaq Ağdam klubu digər səbətlərdəki komandalardan biri ilə eyni qrupa düşəcək.

1-ci səbət: "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Arsenal" (hər ikisi İngiltərə), "Braqa" (Portuqaliya), "Srvena Zvezda" (Serbiya), "Dinamo" (Kiyev, Ukrayna), "Olimpiakos" (Yunanıstan)

2-ci səbət: PSV, "Feyenoord" (hər ikisi Niderland), "Renn", "Monako" (hər ikisi Fransa), "Real Sosyedad" (İspaniya), "Qarabağ" (Azərbaycan), "Malmö" (İsveç), "Lüdoqorets" (Bolqarıstan)

3-cü səbət: "Şerif" (Moldova), "Betis" (İspaniya), "Midtüllan" (Danimarka), "Budö Qlimt" (Norveç), "Ferentsvaroş" (Macarıstan), "Yunion" (Berlin), "Frayburq" (hər ikisi Almaniya), "Fənərbağça" (Türkiyə)

4-cü səbət: "Nant" (Fransa), HİK (Finlandiya), "Şturm" (Avstriya), AEK (Larnaka), "Omoniya" (hər ikisi Kipr), "Yunion" (Belçika), "Sürix" (İsveçrə), "Trabzonspor" (Türkiyə)

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin püşkü bu gün atılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ