SON DƏQİQƏ

Ronaldodan oğluna maraqlı qadağa

Tarix:

15-08-2022, 08:00

/ 1 281 dəfə oxundu.
Ronaldodan oğluna maraqlı qadağa

"Mançester Yunayted"in və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo oğluna mobil telefondan istifadə etməyi qadağan edib.

O, bu barədə yerli mediaya danışıb.

Əfsanəvi hücumçu oğlunu təvazökar, zəhmətkeş görmək istədiyini və ona görə də onu diqqətini yayındıra biləcək bəzi şeylərdən istifadəyə imkan vermədiyini bildirib:

"Əlbəttə ki, mən ona əlimdən gələnin ən yaxşısını vermək istəyirəm. Amma o, istədiyinə nail olmaq istəyirsə, mənim kimi bir az əziyyət çəksin. O, təvazökar olmalı və çox çalışmalıdır. O, həm də bir futbolçu kimi çox istedadlıdır. Övladlarıma hər şey asandır, istədiklərinə nail olmaq üçün çox şey qurban verməli deyillər. Oğlum mobil telefon istəyir, amma gözləmək məcburiyyətindədir. Davamlı olaraq məndən mobil telefonunun olub-olmayacağını soruşur, mən də ona deyirəm ki, hələ gözləmək lazımdır. Düzdür, yeni nəsil bizdən bir addım öndədir və biz yeni texnologiyalardan istifadə etməyi bacarmalıyıq, amma buna soyuqqanlılıqla yanaşmalıyıq. Biz müasir texnologiyadan istifadə edə bilərik, amma həmişə deyil”.

скачать dle 12.1

Şərhlər