SON DƏQİQƏ

"Qarabağ" "Ferentsvaroş"la bərabərə qaldı

Tarix:

3-08-2022, 22:26

/ 1 376 dəfə oxundu.
"Qarabağ" "Ferentsvaroş"la bərabərə qaldı

Bakıda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Macarıstan "Ferentsvaroş"unun start heyətləri açıqlanıb.

GunAz.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə meydana çıxacaqlar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

"Ferentsvaroş": 90. Deneş Dibus, 3. Sami Mmae, 4. Mats Knuster, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 16. Kristofer Zakariasen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 70. Frank Boli, 93. Aissa Laiduni

Baş məşqçi: Stanislav Çerçesov

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq.

***

"Qarabağ" - "Ferentsvaroş" matçı başladı.

***

"Ferentsvaroş" görüşün 18-ci dəqiqəsində Bolinin qolu ilə hesabı açdı: 0-1.

***

"Qarabağ" matçın 32-ci dəqiqəsində Vadjinin qolu ilə hesabı bərabərləşdirdi.

***

"Qarabağ" ilk hissənin son dəqiqəsində Vadjinin qolu ilə hesabda önə keçsə də, VAR-dakı hakimlərin qərarı ilə qol ləğv edildi: 1-1.

***

"Qarabağ" - "Ferentsvaroş" matçı 1-1 hesabı ilə yekunlaşdı. Cavab görüşü bir həftə sonra Macarıstanda keçiriləcək.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ