SON DƏQİQƏ
» » Rusiyadan "Qarabağ"ın matçına böyük maraq: Bakıya gəlirlər

Rusiyadan "Qarabağ"ın matçına böyük maraq: Bakıya gəlirlər

Tarix:

30-07-2022, 21:46

/ 1 388 dəfə oxundu.
Rusiyadan "Qarabağ"ın matçına böyük maraq: Bakıya gəlirlər

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"la (Macarıstan) oyunlarına rusiyalı jurnalistlər də böyük maraq göstərir.

GunAz.az Qol.az-a istinadən xəbər verir ki, məşhur Matç TV kanalı, "Sport-express" qəzeti və digər nəşrlər, o cümlədən də Stanislav Çerçesovun rəsmi saytı Ağdam təmsilçisinin ev oyununa gələcək. İndiyədək bununla əlaqədar 10-a yaxın rusiyalı jurnalist akkreditasiya üçün "Qarabağ” klubuna müraciət edib.

Məlum olduğu kimi, Rusiya klubları Avropa kuboklarından kənarlaşdırılıb. Buna görə bir sıra rusiyalı jurnalist "Ferentsvaroş”u Rusiyanın UEFA turnirlərindəki yeganə təmsilçisi kimi dəyərləndirir. Buna səbəb isə Budapeşt klubunun baş məşqçisinin rusiyalı Stanislav Çerçesovun olmasıdır.

Qeyd edək ki, "Qarabağ”la "Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə oynanılacaq. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ