SON DƏQİQƏ

Qarabağ ÇL-də kimlə oynayacaq?

Tarix:

15-06-2022, 14:36

/ 1 258 dəfə oxundu.
Qarabağ  ÇL-də kimlə oynayacaq?

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda I təsnifat mərhələsində Polşa "Lex"ini keçəcəyi təqdirdə növbəti raundda İsveçrə "Sürix”i ilə görüşəcək.

Püşkə əsasən, Azərbaycan çempionu ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin matçları iyulun 19-20-də və 26-27-də keçiriləcək

скачать dle 12.1

Şərhlər