SON DƏQİQƏ

Millimizdən daha bir qalibiyyət

Tarix:

6-06-2022, 08:25

/ 1 278 dəfə oxundu.
Millimizdən daha bir qalibiyyət

Basketbolun 3×3 növü üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Yığmamız Kiprin Limassol şəhərində keçirilən seçmə mərhələnin yarımfinal oyununda Lüksemburq basketbolçuları ilə qarşılaşıb.

Gərgin keçən görüşdə rəqibini 15:13 hesabı ilə üstələyən kollektivimiz adını finala yazdırıb.

Finalda millimiz İrlandiya komandası ilə qarşılaşıb. Basketbolçularımız həlledici oyunda da meydançadan 20:16 hesabı ilə qalib ayrılıb.

Beləliklə, yığma komandamız 9-11 sentyabr tarixlərində Avstryanın Qras şəhərində baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, Azərbaycan millisi tarixində ikinci dəfə Avropa çempionatının əsas mərhələsinə yüksəlib. Komandamız ilk dəfə 2014-cü ildə AÇ-nin iştirakçısı olub.

скачать dle 12.1

Şərhlər