SON DƏQİQƏ

UEFA Konfrans Liqasının qalibi bəlli oldu

Tarix:

26-05-2022, 08:09

/ 1 251 dəfə oxundu.
UEFA Konfrans Liqasının qalibi bəlli oldu

UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

İlk dəfə təşkil olunan turnirin final oyununda Niderland "Feyenoord"nu məğlub edən İtaliya "Roma"sı titula sahib çıxıb.

Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. 32-ci dəqiqədə fərqlənən Nikola Zaniolo "canavarlar"a qələbə qazandırıb.

Bu, "Roma"nın 95 illik tarixində 2-ci, komandanın baş məşqçisi Joze Mourinyonun isə 5-ci avrokubok titulu olub. Paytaxt təmsilçisi daha əvvəl 1961-ci ildə Yarmarkalar Kubokunu əldə edib. Portuqaliyalı mütəxəssis isə hərəsində 2 dəfə olmaqla Çempionlar Liqası və Avropa Liqasında qələbə sevinci yaşayıb. Mourinyo bununla 3 avrokubok turnirində titul qazanan ilk baş məşqçi olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ